“Azerbaijan Fish Farm” sayəsində Azərbaycan kürüsü yenidən əlçatan oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azerbaijan Fish Farm” sayəsində Azərbaycan kürüsü yenidən əlçatan oldu – FOTO

11:40 - 19 / 01 / 2023
“Azerbaijan Fish Farm” sayəsində Azərbaycan kürüsü yenidən əlçatan oldu – FOTO

Azərbaycanda balıqçılıq sənayesinin ən böyük investoru olan “Azerbaijan Fish Farm şirkətinin layihələri yeni balıq təsərrüfatlarının yaradılmasına və Xəzər dənizin biomüxtəlifliyin bərpasına yönəlib.

Qara kürü orqanizm üçün aşkar faydalara malikdir. Bu məhsul, eyni zamanda çoxlarına uşaqlıqdan tanış olan, hər zaman yalnız müsbət emosiyalar və bayram əhvali-ruhiyyəsi ilə assosiasiya olunan unudulmaz dada malik vitamin və mikroelementlərin təbii mənbəyidir.

Əsrlər boyu nəfislik və həzzin simvolu hesab olunan və olmaqda da davam edən qara kürü “Azerbaijan Fish Farm” sayəsində yenidən əlçatan oldu. Azərbaycanda istehsal olunan qara kürüyə əvvəlki şöhrətini qaytaran məhsul nərəkimilər dəstəsinə aid çökə balığı, nərə, uzunburun balıq və bölgə balığı kimi balıqlardan hazırlanır. Qeyd edək ki, “Azerbaijan Fish Farm” şirkətinin Rusiya, Türkiyə, Yeni Zelandiya, ABŞ, Sinqapur, Çin və Birləşmiş Ərəb Əmirliklərinə rəsmi şəkildə ixrac etdiyi Azərbaycan kürüsü bu ölkələrdə inanılmaz uğur qazanıb.

Azərbaycanda qara kürünün istehsalı çoxillik tarixə malikdir. Belə ki, Azərbaycanda nərəkimilərin yetişdirilməsi üzrə ilk zavod 1954-cü ildə Neftçala rayonunda, Kür çayının dəhnəsinə yaradılıb. Sonradan həmin zavod “Azerbaijan Fish Farm” şirkəti tərəfindən təkmilləşdirilmiş və ən müasir texnologiyalarla modernləşdirilmişdir. Nərə balıqlarının nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olmasını nəzərə alan “Azerbaijan Fish Farm” istehsala şüurlu, təbiətə isə qayğı ilə yanaşaraq Kür və Araz çaylarının mənsəbində müvəqqəti dəniz qoruğunun yaradılmasını dəstəkləyir. Qara kürü alan hər bir alıcı Xəzər dənizinin təbii sərvətlərinin bərpasında bilavasitə fəal iştirak etmiş olur, belə ki, “Azerbaijan Fish Farm” MMC satılan hər kürü bankasının əvəzində 10 nərə sürfələri balığın dənizə buraxılmasını təmin edir.

“Azerbaijan Fish Farm” şirkətinin klassik Xəzər nərə balıqlarından hazırlanmış məhsullarının ən üstün xüsusiyyəti yüksək keyfiyyətə və hər birimizə uşaqlıqdan yaxşı tanış olan təbii dada malik olmasıdır. “Azerbaijan Fish Farm” bu unikal məhsulu əlçatan dəbdəbəyə çevirib, belə ki, artıq çökə balığından əldə olunan bir banka kürü cəmi 70 AZN-ə təklif olunur. Zərif dada malik qastronomik delikates hesab olunan çökə balığının kürüsü qurmanlar üçün dadı ağızlardan getməyən əsl həzz deməkdir. Bu premium məhsul ən yüksək keyfiyyəti və tamamilə təbii olması ilə seçilir. Tərkibində konservantlar, boyaq maddələri, gücləndiricilər və ya zərərli əlavələr yoxdur. Məhsul sağlamlıq üçün də çox faydalıdır.

Bu növ kürünü yalnız “Azerbaijan Fish Farm”ın “Bravo” supermarketlər şəbəkəsindəki balıq bölmələrindən və “Yaşıl Bazar” ərazisində yerləşən firma mağazasından əldə etmək mümkündür.

"Bravo" supermarketlərinin ünvanları

- Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 2;

- Nizami rayonu, Heydər Əliyev prospekti 172 (“Koroğlu” m/s yaxınlığında);

- Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, “Gənclik Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsi;

- Nəsimi rayonu, Tbilisi prospekti 3007, (“20 Yanvar” m/s yaxınlığında);

- Nəsimi rayonu, Azadlıq prospekti 15a/4, “28 Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsi;

- Səbail rayonu, Neftçilər prospekti, 92, “Dəniz Mall” ticarət mərkəzi;

- Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, 6B (20-ci sahə)

- Xətai rayonu, Babək pr. ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsi (Xətai m/s yaxınlığında);

- Xətai rayonu, 8 noyabr prospekti, 102B;

- Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4;

- Xəzər rayonu, Sergey Yesenin küçəsi, 350 (Şüvəlan qəsəbəsi, Polis Akademiyası ilə üzbəüz);

- Xəzər rayonu, Binə qəsəbəsi

- Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi;

"Yaşıl Bazar"ın ünvanı

- Nərimanov rayonu, Xətai prospekti, 25, 24A nömrəli balıq və kürü mağazası

Əlaqə vasitələri: "Bravo" - +99451-201-73-65; "Yaşıl Bazar" - +99455-218-30-88.

E-poçt ünvanı - [email protected]

Sosial şəbəkələrInstagram, Linkedin

Reklam hüququnda

Paylaş:
990

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41
Bütün xəbərlər