Hərbi prokuror: Ötən il rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi prokuror: Ötən il rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz azalıb

Qafar Ağayev15:25 - 23 / 01 / 2023
Hərbi prokuror: Ötən il rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz azalıb

Görülmüş tədbirlər nəticəsində 2021-ci illə müqayisədə 2022-ci ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 83,3 faiz azalıb.

1news.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluğunda keçirilmiş kollegiya iclasında Baş prokurorun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

O qeyd edib ki, ötən il silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 73,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 62,1 faiz, mülkiyyət əleyhinə cinayətlər 28,9 faiz, xuliqanlıq cinayətləri 25 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,7 faiz və özünü öldürmə hadisələri 33,3 faiz azalıb.

Paylaş:
342

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər