Azərbaycanda cinayətlərin sayı azalıb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cinayətlərin sayı azalıb - RƏSMİ

Qafar Ağayev16:00 - 23 / 01 / 2023
Azərbaycanda cinayətlərin sayı azalıb - RƏSMİ

Azərbaycanda cinayətlərin sayı azalıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4, mal-qara oğurluğu 21,3 faiz azalıb.

Xatırladaq ki, ötən il Azərbaycanda 36 494 cinayət qeydə alınıb.

Paylaş:
273

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər