Səbinə Əliyeva Azərbaycanda həbs edilmiş erməni terror-diversiya qruplarının üzvlərinə baş çəkib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbinə Əliyeva Azərbaycanda həbs edilmiş erməni terror-diversiya qruplarının üzvlərinə baş çəkib

16:10 - 23 / 01 / 2023
Səbinə Əliyeva Azərbaycanda həbs edilmiş erməni terror-diversiya qruplarının üzvlərinə baş çəkib

Ombudsman Azərbaycanda həbs edilmiş erməni terror-diversiya qruplarının üzvlərinə baş çəkib.

Bu barədə 1news.az-a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Milli Preventiv Mexanizmin fəaliyyətinin şamil olunduğu müəssisələrə müntəzəm şəkildə başçəkmələr həyata keçirilir.

Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində terror-diversiya qrupları şəklində cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşlarının da saxlanıldığı müəssisələrə ardıcıl başçəkmələr həyata keçirilib.

Başçəkmələrdə MPQ-nin ixtisasca həkim və psixoloq üzvləri də iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva və MPQ-nin üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan digər şəxslərlə yanaşı, həbs olunmuş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilib.

Başçəkmələr çərçivəsində onların saxlanma şəraiti – kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

Sistemli keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Eyni zamanda, qəbul edilmiş şəxslərin saxlanma şəraiti, rəftar, telefon əlaqələri, yazışmalar, kənardan məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olması ilə bağlı heç bir şikayətlərinin olmadığı müəyyən edilib. Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (həmçinin öz dillərində) olması, həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanlarının yaradıldığı müşahidə olunub.

Qeyd etmək lazımdır ki, başçəkmələrlə yanaşı, həmin təqsirləndirilən şəxslərlə bağlı həyata keçirilən məhkəmə prosesləri də diqqətdə saxlanılmış, müstəqil müşahidələr aparılıb.

Monitorinq zamanı məhkəmə proseslərinin insan hüquq və azadlıqlarına hörmət müstəvisində, qanunvericiliyə uyğun təşkil olunduğu, həmin şəxslərin vəkillərlə və tərcüməçilərlə təmin edildiyi müəyyən olunub. Təqsirləndirilən şəxslərə və onların vəkillərinə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi imkanların yaradıldığı müşahidə edilib.

Paylaş:
307

Son xəbərlər

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13
Bütün xəbərlər