Metropoliten: Dünyasını dəyişən maşinistin sərnişin qatarlarının idarə edilməsi ilə əlaqəsi yoxdur | 1news.az | Xəbərlər
Cəmiyyət

Metropoliten: Dünyasını dəyişən maşinistin sərnişin qatarlarının idarə edilməsi ilə əlaqəsi yoxdur

Qafar Ağayev17:45 - 23 / 01 / 2023
Metropoliten: Dünyasını dəyişən maşinistin sərnişin qatarlarının idarə edilməsi ilə əlaqəsi yoxdur

Bakı metropolitenində dünyasını dəyişmiş motovoz maşinistinin sərnişin qatarlarının idarə edilməsi ilə əlaqəsi yoxdur

Bu barədə 1news.az-a Bakı Metropolitenindən məlumat verilib.

Qeyd edilib ki, gecə saatlarında Bənövşəyi xətdəki təsərrüfat qatarını idarə edən, 1958-ci il təvəllüdlü təsərrüfat qatarı maşinisti Aydın Kərimlinin qəfil halı pisləşib və dünyasını dəyişib.

"Dərhal həmin motovoz maşinistinin köməkçisi Bənövşəyi xəttin qatar dispetçeri ilə əlaqə saxlayıb, təcili tibbi yardım xidməti dəvət olunub, dərhal aidiyyəti qurumlara, həmçinin maşinistin ailə üzvlərinə məlumat verilib.

Məlumat üçün bildiririk ki, hər gün Bakı metropoliteninin xətlərində sərnişindaşıma fəaliyyəti başa çatdırıldıqdan sonra təmas xətlərindən yüksək gərginlik çıxarılmaqla gecə növbəsinin işləri başlanır. Bu zaman metro xətlərində planlı şəkildə müxtəlif təsərrüfat, təmir-bərpa, sazlama-sınaq işləri aparılır. Bu işlərin icrası zamanı mal-material, avadanlıqların daşınması, həmçinin tunellərdən müxtəlif tullantıların çıxarılması məqsədilə təsərrüfat qatarlarından istifadə olunur.

Yayılmış məlumatlarda motovoz maşinistinin dünyasını dəyişməsinin qeyd edilməsinə baxmayaraq, foto və videolarda yanlışlığa yol verilərək bu faktla bağlı metro stansiyalarında hərəkət edən sərnişin qatarları və onların maşinistlərinin foto və videoları yerləşdirilib. “Bakı Metropoliteni” QSC bildirir ki, müəssisənin fəaliyyətinə dair məlumat yayarkən, foto və videoların seçimində diqqətli olmaq və çaşqınlığa yol verməmək vacibdir. Bu, eyni zamanda yayılan informasiyanın həqiqiliyinə və reallığı əks etdirməsinə xidmət göstərər", - deyə bildirilib.

Paylaş:
220

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər