Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
1news.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Şabran rayon sakini Ariz Məmmədov, Siyəzən rayon sakinləri Mübariz Məhərrəmov, Mehman Əkbərov, Eldəniz Cavadov, Xaçmaz şəhər sakini Rasim İsmayılov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədov qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 1882 metr uzunluğunda 26 ədəd sintetik tor yığışdırılıb.
“Ayrı-ayrı izibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə isə 13 nəfər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Şəmkir rayon sakini Elsevər Məmmədov, Bakı şəhər sakinləri Ceyhun Şükürov, Vüqar Mehdiyev, Roman Allahverdiyev, Şamxal Bağırov, Xocavənd rayon sakini Qəşəm Fərzəliyev, Biləsuvar rayon sakini İslam Haqverdiyev, Saatlı rayon sakinləri Mirbaba və Mirsahib Rzayevlər, Gəncə şəhər sakini Kamran Abdullayev, İmişli rayon sakinləri Allahyar Allahyarov, Xalid Xammədov və Mayıl Məmmədov olduğu müəyyən edilib.
“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.