Qızıl cüzi bahalaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızıl cüzi bahalaşıb

11:01 - 24 / 01 / 2023
Qızıl cüzi bahalaşıb

ABŞ-da ÜDM-in dinamikası kimi yeni makroiqtisadi məlumatların açıqlanmasının gözləndiyi bir zamanda qızılın qiyməti cüzi artıb.

1news.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri olaraq 0,24 % və ya 4,7 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1933,3 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,27 % düşərək 1 unsiyası 23,617 ABŞ dolları təşkil edib.

Qızıl bazarına təsir edə biləcək mühüm amil ABŞ-da ÜDM statistikasının açıqlanması ola bilər. Analitiklər hesab edirlər ki, ölkədə iqtisadi artım illik ifadədə 2,8%-ə qədər azalıb.

Paylaş:
458

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər