Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

15:51 - 25 / 01 / 2023
Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatıb

2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2967 mln. manat təşkil edib.

1news.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nağdsız əməliyyatların həcmi 2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 2313 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2.7 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%-ni təşkil edib.

Bundan əlavə, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POS terminalların sayı isə 29.8% artıb.

Paylaş:
315

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər