Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş şikayətlərin sayı azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş şikayətlərin sayı azalıb

Qafar Ağayev12:07 - 25 / 01 / 2023
Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş şikayətlərin sayı azalıb

2022-ci il ərzində ümumilikdə vergi orqanlarına 284.494 müraciət daxil olub ki, bunun da 91,3 faizi ərizə, 8,6 faizi şikayət, 0,1 faizi təklif olub.

Dövlət Vergi Xidmətindən 1news.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərdən 98,4 faizinin baxılması 2022-ci il ərzində başa çatdırılıb, 1,6 faizi hazırda icradadır. Baxılmış müraciətlərdən 66,4 faizi həll olunub, 29,4 faizi barədə müvafiq izahat verilib, qalanları haqqında qanunvericiliyə uyğun qərarlar qəbul olunub.

Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. Həll edilmiş faktiki şikayətlərin 91 faizi kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyəti, təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri və s. məsələlər ilə bağlı olub.

Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından İqtisadiyyat Nazirliyi vasitəsilə Dövlət Vergi Xidmətinə 696 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz azdır. Daxil olmuş müraciətlərdən 96,8 faizinin baxılması həmin dövrdə başa çatdırılıb, 3,2 faizi isə hazırda icradadır. Müraciətlər, əsasən, vergidən yayınma halları, nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz sahibkarlıq fəaliyyəti, vergi borcu, vergi ödəyicisinin fəaliyyəti, kameral vergi yoxlamaları, operativ vergi nəzarəti, artıq ödənilmiş vergilərin qaytarılması, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.

2022-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 493 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli mümkü olmayan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Paylaş:
437

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər