TƏBİB-in rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB-in rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar

16:23 - 26 / 01 / 2023
TƏBİB-in rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar

Bu gün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”də (TƏBİB) qurumun rəhbər işçiləri və əməkdaşları qripə qarşı peyvənd olunublar.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavini Araz Nəsirov, icraçı direktorun müşaviri Pərvin Əkbərov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar.

TƏBİB-dən 1news.az-a bildirilib ki, influenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla birüzə verir və adətən simptomatik müalicə olunur.

İnfluenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür.

Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna (qrip) qarşı vaksinasiya aparılır. Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır.

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib. Gəncə, Sumqayıt, Mingeçevir şəhərləri, Şəmkir, Zaqatala, Göyçay, Ağdaş, Bərdə, Salyan və Tovuz rayonları vaksin olunan şəxslərin sayına görə ilk onluqda qərarlaşır. Qax, Gədəbəy və Saatlı rayonlarında vaksin olunanların sayı digər rayonlarla müqayisədə daha azdır.

TƏBİB-dən bildirilib ki, qripə yoluxan şəxslərə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə həkimə müraciət etmələri tövsiyə olunur.

Həssas qrupa daxil olan şəxslər isə (hamilə qadınlar, uşaqlar, xroniki xəstəliyi olanlar, yaşlılar) dərhal həkimə müraciət etməli və nəzarətdə olmalıdırlar.

İnfluenzaya yoluxan xəstələrə təcrid qaydalarına əməl etmələri, vəziyyətləri kəskinləşdikdə mütləq həkimə müraciət etmələri tövsiyə olunur.

Vaksin vurdurmaq istəyən şəxslər vaksin üçün qeydiyyatda olduqları TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.

Paylaş:
191

Son xəbərlər

“Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”Bu gün, 18:22İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyirBu gün, 17:58Şarl Mişel İlham Əliyevə zəng etdiBu gün, 17:55Azərbaycan XİN bəyanat yaydıBu gün, 17:51Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyibBu gün, 17:49Cənubi azərbaycanlılar Brüsseldə aksiya edirBu gün, 17:36Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıbBu gün, 17:15Bu günə olan yoluxma və vaksin sayı açıqlanıbBu gün, 16:59Bakıda yaşayış binasında yanğın olubBu gün, 16:41Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edibBu gün, 16:20Yazıçı-publisist Nemət Veysəlli vəfat edibBu gün, 16:01Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edibBu gün, 15:35Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edibBu gün, 15:15Şarl Mişel Moldovaya səfər edirBu gün, 14:54Bakı metrosunda kişi qatar yoluna yıxılıbBu gün, 14:42ABŞ qırıcıları İranın hərbi bazalarına zərbələr endirdiBu gün, 14:23Hollivud ulduzu həbsdən azad edilibBu gün, 14:00Azərbaycan nefti ucuzlaşıbBu gün, 13:46Evlənmək üçün pərəstişkarı evinə gizlin daxil olduBu gün, 13:22Azərbaycan XİN Yunanıstanın Milli Gününü təbrik edibBu gün, 12:57
Bütün xəbərlər

Next TV