Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından istefalarla bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından istefalarla bağlı AÇIQLAMA

16:39 - 26 / 01 / 2023
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından istefalarla bağlı AÇIQLAMA

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) istefalarla bağlı məlumatlara münasibət bildirib.

1news.az xəbər verir ki, İttifaqın yaydığı məlumata görə, ARKİ-nin Nizamnaməsinə əsasən səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər.

"Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildirib", -qurumdan qeyd edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il iyunun 21-də yaradılıb. Həmin gündən İttifaqın sədri vəzifəsini Xalq artisti Şəfiqə Məmmədova tutur. Yenidən Ş.Məmmədovanın sədr seçilməsi barədə məlumatlar İttifaqda narazılıqlara səbəb olub. Əvvəlcə qurumun mətbuat katibi Əli Vəliyev, daha sonra Xalq artisi Əbdül Mahmudov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva və başqaları üzvlükdən imtina etdiyini açıqlayıb. Onların üzvlükdən imtinasına İttifaqda olan haqsızlıqların səbəb olduğu iddia edilir.

Paylaş:
199

Son xəbərlər

“Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”Bu gün, 18:22İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyirBu gün, 17:58Şarl Mişel İlham Əliyevə zəng etdiBu gün, 17:55Azərbaycan XİN bəyanat yaydıBu gün, 17:51Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyibBu gün, 17:49Cənubi azərbaycanlılar Brüsseldə aksiya edirBu gün, 17:36Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıbBu gün, 17:15Bu günə olan yoluxma və vaksin sayı açıqlanıbBu gün, 16:59Bakıda yaşayış binasında yanğın olubBu gün, 16:41Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edibBu gün, 16:20Yazıçı-publisist Nemət Veysəlli vəfat edibBu gün, 16:01Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edibBu gün, 15:35Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edibBu gün, 15:15Şarl Mişel Moldovaya səfər edirBu gün, 14:54Bakı metrosunda kişi qatar yoluna yıxılıbBu gün, 14:42ABŞ qırıcıları İranın hərbi bazalarına zərbələr endirdiBu gün, 14:23Hollivud ulduzu həbsdən azad edilibBu gün, 14:00Azərbaycan nefti ucuzlaşıbBu gün, 13:46Evlənmək üçün pərəstişkarı evinə gizlin daxil olduBu gün, 13:22Azərbaycan XİN Yunanıstanın Milli Gününü təbrik edibBu gün, 12:57
Bütün xəbərlər

Next TV