Son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb

16:40 - 26 / 01 / 2023
Son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 43 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 827 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 504 nəfər müalicə olunaraq sağalıb, hazırda 242 aktiv xəstə var. Bu günə qədər 10 077 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 183, bu günə qədər isə ümumilikdə 7 479 912 test icra olunub.

Paylaş:
285

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər