Asif Verdiyev: Qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Asif Verdiyev: Qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir

10:17 - 26 / 01 / 2023
Asif Verdiyev: Qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir

Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində toplanan qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev 1news.az-a bildirib ki, bu ilin yanvar ayının 1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində qarölçmə işləri aparılacaq”.

Paylaş:
311

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər