Azərbaycanın İrandakı səfiri terror aktı ilə bağlı paylaşım etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın İrandakı səfiri terror aktı ilə bağlı paylaşım etdi

Qafar Ağayev15:16 - 27 / 01 / 2023
Azərbaycanın İrandakı səfiri terror aktı ilə bağlı paylaşım etdi

Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı.

1news.az xəbər verir ki,bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz feysbuk hesabında yazıb.

"Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!"

Paylaş:
482

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər