Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb

17:18 - 27 / 01 / 2023
Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb

Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
416

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər