Baş prokuror: Ötən illərdən bağlı qalmış 17 qəsdən adam öldürmə cinayəti açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror: Ötən illərdən bağlı qalmış 17 qəsdən adam öldürmə cinayəti açılıb

Qafar Ağayev10:37 - 27 / 01 / 2023
Baş prokuror: Ötən illərdən bağlı qalmış 17 qəsdən adam öldürmə cinayəti açılıb

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilir.

1news.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş Kollegiya iclasında çıxış deyib. O, bildirib ki, 2022-ci ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 17 cinayət işinin açılması təmin edilmişdir.

Onlardan 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd olunub ki, 1 may 2020-ci il tarixdən hazırkı vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 27 qəsdən adam öldürmə cinayəti açılmışdır (onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılmış, digərləri məhkəmə baxışındadır)

Paylaş:
485

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər