Ağcabədidə mağazadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə mağazadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

10:47 - 28 / 01 / 2023
Ağcabədidə mağazadan oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd ərazisində yerləşən mağazadan oğurluqda şübhəli bilinən şəxs “isti izlərlə” saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, rayonun Aşağı Mehrablı kəndində yerləşən mağazaya naməlum şəxs və ya şəxslərin pəncərədən daxil olaraq həmin obyektdən oğurluq etməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal keçirilən əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Pənah Həsənli “isti izlərlə” saxlanılıb. Onun danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsulları oğurlayaraq zərərçəkmişə müəyyən miqdarda ziyan vurduğu müəyyən edilib. Əşyaların bir qismi maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
395

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər