Britaniyanın Azərbaycandakı səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Britaniyanın Azərbaycandakı səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib

17:45 - 30 / 01 / 2023
Britaniyanın Azərbaycandakı səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizin İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimində iştirak edib.

1news.az “Report”a istinadən xəbər verir ki, səfir Bakının Yasamal rayonunda qurulmuş yas çadırına gəlib. O, yas mərasimində iştirak edib və şəhidin atasına başsağlığı verib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Paylaş:
130

Son xəbərlər

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21Bred Pitt Coli ilə birgə yaşadığı villasını satdı30 / 03 / 2023, 16:57Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb30 / 03 / 2023, 16:41
Bütün xəbərlər

Next TV