Abşeronun iki qəsəbəsində su kəsilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronun iki qəsəbəsində su kəsilib

Qafar Ağayev09:59 - 30 / 01 / 2023
Abşeronun iki qəsəbəsində su kəsilib

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə 1news.az-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Paylaş:
268

Son xəbərlər

ADY yeni qatarlar alacaq

12 / 05 / 2026, 15:34
Bütün xəbərlər