Bakıda 29 yaşlı oğlan itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 29 yaşlı oğlan itkin düşüb

Qafar Ağayev12:53 - 30 / 01 / 2023
Bakıda 29 yaşlı oğlan itkin düşüb

Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli ötən il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, onun yaddaş pozğunluğu olması ehtimal edilir.

İtkin düşən şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Paylaş:
369

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər