Şəhərlərarası avtobuslarda gedişhaqqı artırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhərlərarası avtobuslarda gedişhaqqı artırıldı

Qafar Ağayev16:31 - 31 / 01 / 2023
Şəhərlərarası avtobuslarda gedişhaqqı artırıldı

Ölkə ərazisində şəhərlərarası marşrutlarda gedişhaqları bahalaşıb.

1news.az məlumatına görə, bu barədə Tarif (qiymət) Şurasının bugünkü iclasında qərar qəbul edilib.

İclasda edilən müzakirələrin nəticəsi olaraq şəhərlərarası avtobus marşrutlarında tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Qərar 3 fevral 2023-cü il tarixindən qüvvəyə minir.

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Paylaş:
345

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər