Türkiyə-Naxçıvan sərhədi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə-Naxçıvan sərhədi açılıb

16:02 - 01 / 02 / 2023
Türkiyə-Naxçıvan sərhədi açılıb

Türkiyə-Naxçıvan sərhədi açılıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğu da faktı təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixindən Dövlət Sərhəd Xidməti (DSX) Nazirlər Kabinetinin 2022-ci il iyunun 20-dəki 232 saylı qərarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədini bağlamışdı.

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər