Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

17:23 - 01 / 02 / 2023
Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Fevralın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında fevralın 2-si qərb rayonlarından başlayaraq 3-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Paylaş:
334

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər