Mingəçevir Su Anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir Su Anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

10:07 - 01 / 02 / 2023
Mingəçevir Su Anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının ərazisindən quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Monitorinq zamanı Mingəçevir Su Anbarının Xanabad körfəzi adlanan ərazisində qanunsuz olaraq balıq ovu məşğul olan Yevlax şəhər sakini Ceyhun Əzizov saxlanılıb və ovladığı 33 ədəd çox sıf balığı, ümumi uzunluğu 200 metr olan və istifadəsi qanunla qadağan edilmiş sintetik tor, 1 ədəd motorlu qayıq və 2 ədəd avar maddi sübut kimi götürülüb. Ümumilikdə təbiətə 1089 manat məbləğində ziyan vurmaqda şübhəli bilinən C. Əzizov barəsində araşdırmalar davam etdirilir.

“Su Nəqliyyatında Polis İdarəsindən balıq və digər ov sahələri ilə məşğul olan şəxslərin fəaliyyətlərini qanunla müəyyən edilmiş qaydada tənzimləməsi, təbiətə ziyan vurmaması xahiş olunur”, - məlumatda deyilir.

Paylaş:
90

Son xəbərlər

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olub22 / 03 / 2023, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb22 / 03 / 2023, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEO22 / 03 / 2023, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdü22 / 03 / 2023, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındı22 / 03 / 2023, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıb22 / 03 / 2023, 13:16
Bütün xəbərlər

Next TV