AzMİU müəllimləri və tələbələri Qarabağda tikinti-quruculuq işlərinə cəlb olunacaqlar | 1news.az | Xəbərlər
Cəmiyyət

AzMİU müəllimləri və tələbələri Qarabağda tikinti-quruculuq işlərinə cəlb olunacaqlar

Qafar Ağayev15:17 - 02 / 02 / 2023
AzMİU müəllimləri və tələbələri Qarabağda tikinti-quruculuq işlərinə cəlb olunacaqlar

Fevralın 2-də Ağdam Konfrans Mərkəzində “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

1news.az xəbər verir ki, memorandumu AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov imzalayıblar.

Memorandumda AzMİU müəllimlərinin və tələbələrinin, universitetin Layihə İnstitutunun əməkdaşlarının Qarabağ iqtisadi rayonunun ərazisində böyükhəcimli tikinti-quruculuq layihələrinə cəlb olunması, AzMİU məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi və digər məsələlər əks olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əməkdaşlığın hər iki qurum və ümumilikdə ölkəmiz üçün əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri "Böyük Qyıdış"a inamı daha da artırıb. Rektor vurğulayıb ki, bəzi ölkələrin məsələyə ikili yanaşa sərgiləməsinə rəğmən Prezident İlham Əliyevin siyasi iradəsi və yüksək idarəetmə bacarığı ilə azad olunmuş ərazilərimiz sürətlə bərpa edilir.
“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin icraçı direktoru Övsət Həmidov hazırda icra edilən və nəzərdə tutulan layihələr haqqında danışaraq AzMİU ilə əməkdaşlığın önəminə toxunub. Xidmət rəhbəri qeyd edib ki, ölkənin meamarlıq və tikinti sahəsi üzrə əsas ali təhsil müəssisəsi ilə əməkdaşlıq azad olunan ərazilərdə işləriin daha da sürətlə həyata keçirilməsinə imkan verəcək.

Daha sonra iki qurumun nümayəndə heyətinin də iştirakı ilə müzakirə təşkil olunub, memorandumda əks olunan istiqamətlər üzrə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb

Paylaş:
333

Son xəbərlər

Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24
Bütün xəbərlər

Next TV