Bakıda qadın küçədə döyülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın küçədə döyülüb

Qafar Ağayev16:51 - 02 / 02 / 2023
Bakıda qadın küçədə döyülüb

Bakıda qadın küçədə döyülüb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, fevralın 2-də saat 09 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs – qadının keçmiş həyat yoldaşı 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
294

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər