Ordumuzun təhlükəsiz hərəkəti üçün qar örtüyündən təmizlənən yolların uzunluğu açıqlanıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordumuzun təhlükəsiz hərəkəti üçün qar örtüyündən təmizlənən yolların uzunluğu açıqlanıb - FOTO - VİDEO

10:51 - 02 / 02 / 2023
Ordumuzun təhlükəsiz hərəkəti üçün qar örtüyündən təmizlənən yolların uzunluğu açıqlanıb - FOTO - VİDEO

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.

Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.

Paylaş:
207

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər