Qiymət artımı ictimai nəqliyyatda xidmətə necə təsir göstərəcək? - “Bakubus” MMC-nin direktorundan CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qiymət artımı ictimai nəqliyyatda xidmətə necə təsir göstərəcək? - “Bakubus” MMC-nin direktorundan CAVAB

Ayşən İsmayılova14:38 - 02 / 02 / 2023
Qiymət artımı ictimai nəqliyyatda xidmətə necə təsir göstərəcək? - “Bakubus” MMC-nin direktorundan CAVAB

Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edildi.

Hər kəs üçün gözlənilməz olan qiymət artımı ictimai nəqliyyat istifadəçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb və narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan "Bakubus" MMC-nin direktoru Elnur Qarayev qiymət artımının səbəblərindən danışıb.

“Son 2-3 ildə dünyada baş verən müxtəlif siyasi vəziyyətlər ehtiyat hissələrinin qiymətinin 35%, 40%, 45% qalxmasına səbəb olmuşdu. Bizim üçün 30 qəpik ilə müasir avtobusların aidiyyəti qaydada təmir etmək, onların baxışlarını reqlamentə uyğun həyata keçirmək çox çətin idi.

Özünüz də görürdünüz ki, dəfələrlə sərnişinlərin kondisionerlərlə, yolda qalan avtobuslarla bağlı (bu bütün daşıyıcı şirkətlərə aiddir) şikayətləri olurdu və onların təmirinin həyata keçirilməsi çox çətin idi. Sırf buna görə də bütün daşıyıcılar Tarif Şurasına müraciət etdilər ki, son 5 ildə qiymət artımına gedilməyib. Bu proses axırıncı dəfə 2018-ci ilin avqustunda baş verib. Son 5 ildə digər sahələrdə olduğu kimi həm dövlətimizin büdcə təşkilatlarında, həm özəl sektorun özündə əməkhaqqı artımları olub, amma nəqliyyat sahəsində olanların (sürücülər, ustalar, təmizləyicilər) əməkhaqqını artıra bilmir və bazarda uyğunsuzluq yaranır. Buna görə də kollektiv şəkildə Tarif Şurasına müraciət olundu və qiymət artımına gedilməsi üçün məsələ qaldırdıq.

Təbii ki, 40 qəpik də xərclərimizi tam ödəməyəcək. Amma hamımız bilirik ki, Azərbaycan sosialyönümlü ölkədir və xüsusən də ictimai nəqliyyatdan istifadə edən insanların gəlir səviyyəsi nəzərə alınıb. Ona görə də yalnız 10 qəpiklik artıma gedilib” - deyə, E.Qarayev bildirib.

Qeyd edək ki, yeni tarifin qəbulundan sonra belə Bakıda sərnişin daşıma tarifləri əksər MDB ölkələri ilə müqayisədə ən aşağı qiymət hesab olunur:

Avropa ölkələrində isə nəqliyyatda tariflər Azərbaycandakı göstəricilərdən dəfələrlə yüksəkdir.

Paylaş:
355

Son xəbərlər

Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı, yaralılar varBu gün, 18:06Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib - FOTOBu gün, 17:49Azərbaycan MN: “Erməni hərbçinin əsir götürülməsi barədə Ermənistanın yaydığı məlumat yalandır”Bu gün, 17:31Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib - FOTOBu gün, 17:15QMİ Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva veribBu gün, 16:59Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb - YENİLƏNİBBu gün, 16:46Ağ Evdə Novruz - FOTOBu gün, 16:31Ərdoğan İsrail prezidenti ilə telefonla danışdıBu gün, 16:14Gürcüstan Prezidenti azərbaycanlıları təbrik etdiBu gün, 15:59Türkiyədə prezidentliyə namizədliyini irəli sürənlərin sayı açıqlandıBu gün, 15:43Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar varBu gün, 15:26Hikmət Hacıyevdən Novruz bayramının beynəlxalq səviyyədə tanınması ilə bağlı paylaşımBu gün, 15:18Bu gün Beynəlxalq Meşələr GünüdürBu gün, 15:03ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcəkBu gün, 14:47BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlərBu gün, 14:34DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilk dəfə İçərişəhərdə konsert layihəsini təqdim edib - FOTOBu gün, 14:26Növbəti “Komando başlanğıc kursu” başa çatıbBu gün, 14:16İcma: “Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini də dağıdıb” - BƏYANATBu gün, 13:59Avstriya - Azərbaycan oyununun hakimləri açıqlanıbBu gün, 13:51Kürdəmirdə aptekə dərman almağa gələn kişi qəfildən ölübBu gün, 13:37
Bütün xəbərlər

Next TV