Magistral yolda daha bir piyada keçidi tikilir - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistral yolda daha bir piyada keçidi tikilir - FOTO - VİDEO

Qafar Ağayev15:18 - 03 / 02 / 2023
Magistral yolda daha bir piyada keçidi tikilir - FOTO - VİDEO

Magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

AAYDA-dan 1news.az-a verilən məlumata görə, bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km-də yerüstü piyada keçidinin inşası sürətlə davam etdirilir.

Layihə üzrə keçidin uzunluğu 38.4 metr, daxili eni 3.3 metr, pilləkənlərin eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqlı metal konstruksiyadan ibarətdir. İki giriş-çıxışlı olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.

Hazırda keçiddə məhəccər və pilləkənlərin tikintisi aparılır. Ümumilikdə, tikinti-quraşdırma işləri 85% başa çatdırılıb.

Belə ki, avtomobil yolunun hər iki tərəfində piyada keçidinin dayaqları quraşdırılıb, metal konstruksiyanın quraşdırılma işləri aparılıb.

Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində də yeni piyada keçidinin inşası aparılır.

Paylaş:
247

Son xəbərlər

Bakıda 3 otaqlı mənzildə yanğın olubBu gün, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşübBu gün, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEOBu gün, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdüBu gün, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındıBu gün, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıbBu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:10Ermənistanın Müdafiə Nazirliyinin yalanı üzə çıxdı, “əsir götürülüb” deyilən hərbçi tapıldıBu gün, 12:38Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıbBu gün, 12:24Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”Bu gün, 12:00Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTOBu gün, 11:31Satıcı marketdən 10 min manatlıq oğurluq etdiBu gün, 11:07Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blu Rezidens-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 11:00Ağcabədidə yol qəzası olub - ölən varBu gün, 10:51Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıbBu gün, 10:40Ötən gün ölkə ərazisində qeydə alınan 37 cinayətin üstü açılıbBu gün, 10:13Ötən gün ABŞ dövlət katibi İlham Əliyevə zəng edib - Tam mətnBu gün, 09:46Ucarda ot bağlamaları yanıbBu gün, 09:24Laçın-Xankəndi yolunda keçirilən aksiya 101 gündür davam edirBu gün, 09:15Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı, yaralılar var21 / 03 / 2023, 18:06
Bütün xəbərlər

Next TV