Sumqayıtda oğul atasının evindən oğurluq etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda oğul atasının evindən oğurluq etdi

Qafar Ağayev11:11 - 03 / 02 / 2023
Sumqayıtda oğul atasının evindən oğurluq etdi

Sumqayıtda oğul atasının evini qarət edib.

Daxili işlər nazirliyindən 1news.az-a verilən məlumata görə, Sumqayıt şəhərindəki mənzillərin birindən 15.000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o, saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər