Azərbaycanda gənc nəsil mütəşəkkil qüvvə kimi formalaşıb - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda gənc nəsil mütəşəkkil qüvvə kimi formalaşıb - “Çıxışa doğru”da MÜZAKİRƏ

00:27 - 03 / 02 / 2023
Azərbaycanda gənc nəsil mütəşəkkil qüvvə kimi formalaşıb - “Çıxışa doğru”da MÜZAKİRƏ

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, bu siyasəti müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Bu layihələr gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Azərbaycanda gənc nəsil mütəşəkkil qüvvə kimi formalaşıb" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Ramin Həbibzadə - Gənclər Təşkilatları Milli Şurasının baş katibi, İlqar Axundov - "İRƏLİ" İB-nin baş katibi, Müjgan Xudaverdiyeva - “Asan Xidmət”in İnsan Resurslarının İdarəedilməsi Şöbəsinin könüllülərlə iş sektorunun əməkdaşı, Leyla Sadıqova – "Azəri Gənclər Alyansı" İB-nin sədri, Fuad Heydər – "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İB-nin sədr müavini, Şamxal Ağayev - Vətən müharibəsi iştirakçısı və Nail Şükürov - “Böyük Qyıdış” Gənclər Təşkilatının sədri, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
390

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər