24 kq narkotik aşkar olunaraq götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

24 kq narkotik aşkar olunaraq götürülüb

10:28 - 04 / 02 / 2023
24 kq narkotik aşkar olunaraq götürülüb

Ötən gün 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının fevralın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,8 kiloqrama yaxın heroin, 15 kiloqrama yaxın marixuana, həmçinin 4,6 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
251

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər