Ayxan Hacızadə: “Bütün amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir”
![Ayxan Hacızadə: “Bütün amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir”](/images/2023/02/06/20230206035115579/thumb.jpg?2023-02-06+15%3A52%3A07)
“Səfirliyimizin müşahidə kameralarından göründüyü kimi terrorçunun dəfələrlə səfirliyimizə daxil olmaq cəhdlərinə baxmayaraq, İran polisi bu terror aktının qarşısını almayıb".
1news.az xəbər verir ki, bunu Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlər üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, avtomat, tapança və "Molotov kokteyli" ilə silahlanmış terrorçu cəhdinin baş tutmadığını gördükdə səfirliyin əməkdaşlarının ailə üzvlərinin yerləşdiyi mərtəbədəki mənzillərin şüşələrinə atəş açmaqla məqsədinə nail olmağa çalışıb.
“Sonra da səfirliyimizin avtomobilini yandırmağa cəhd göstərib. Daha sonra terrorçunun istifadə etdiyi avtomobildən bir nəfər naməlum şəxs müxtəlif əşyalar götürərək uzaqlaşıb. Bütün bu amillər bu hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir".