Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş Festival keçirilib

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar,saat 12:00-18:00-dək Bakı Dəniz Vağzalı (Nefçilər pr.62) nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı möhtəşəm Festival keçirilib
Nəzərinizə çatdıraq ki,STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranmışdır.
Bütün dünyada bu sahələrdə təhsil alan və işləyən qadınların kəmiyyəti 30%-dən çox artmır.Bəs bu rəqəmi artırmaq potensialı varmı? Əlbəttə, var! “Qadınlar STEM-də” festivalı məhz bu fikrə ithaf edilmişdir.Bununla belə festivalın qapıları hər kəsin üzünə açıq idi.Sevindirici hal idi ki, həm spikerlər, həm də ziyarətçilər arasında kişi cinsinin çoxlu nümayəndələri var idi.Festival təşkilatçıları müzakirəyə hər iki tərəfin cəlb edilməsinə xüsusi önəm verirlər, belə ki, yalnız birgə səylər nəticə verir!
Festival çərçivəsində çoxlu maraqlı çıxışlar təşkil edilmiş, eyni zamanda festival ərzində səmimi debatlar alovlanmışdır.Tədbirdə spiker olaraq dövlət xadimləri, STEM sahələrində uğurlar əldə etmiş xanımlar, yəni rol modellər, ali təhsil müəssisələri rəhbərləri, STEM sahələrinin məhşur şəxslər təxcə mütəxəssis olaraq yox, həm də qız valideyni olaraq çıxış etdilər!
Festival ərzində uşaq ərazisi fəaliyyət göstərirdi, hansını ki, 2 gün ərzində 3000-dən çox valideyn və uşaq ziyarət etmişdir.Eyni zamanda tələbələr üçün əmək yarmarkası təşkil edilmişdir.Bu yarmarkada potensial işəgötürənlərlə söhbət etmək, həmçinin açıq vakansiyalar üzrə müraiət etmək imkanı yaradılmışdır.
Ayrıca olaraq Azərbaycanın Rəqəmsal inkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Elm və Təhsil naziri Emin Əmrullayevin iştirak etdiyi müzakirə panelini xüsusi qeyd etmək istərdik.Nazirlər aparıcının suallarına cavab verdilər, festivalın əsas mövzusuna öz baxış və yanaşmalarını bölüşdülər, eyni zamanda zaldan soruşulan suallara cavab verdilər.
“Women in Tech” təşkilatının Aszərbaycan üzrə nümayəndəsi Leyla Seyidzadə xüsusilə qeyd etmişdir: “Əvvəlcə biz festivalı daha kiçik həcmdə keçirməyi planlaşdırırdıq,lakin sponsorların dəstəyi və tərəfdaşların böyük marağından sonra tədbir möhtəşəm hadisəyə çevrildi.Eynilə iştirakçılarla, bəli, biz çalışmışdıq ki, festival haqqında daha çox insan məlumatlandırılsın, lakin rəsmi açılışdan bir saat əvvəl insan axınını gördükdə çox xoş təəccüb hissi keçirdik.Bu marağı nəzərə alaraq festivalı hər il keçirməyi planlaşdırırıq.”
Bütün festivalın fəaliyyəti geniş cəmiyyət üçün təmamilə ödənişsiz olaraq açıq idi.Bu əlbəttə tədbirin sponsorları və tərəfdaşları sayəsində mümkün olmuşdur.Tədbir təşkilatçıları “Qadınlar STEM-də” festivalının təşkil edilməsi və keçirilməsində Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinə, Bakı Dəniz Limanına, SOCAR, SOCAR cape, BP, Procter & Gamble şirkətinin Always markasına, həmçinin Developia şirkətinə xüsusi minnətdarlığını bildirir.