Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

Qafar Ağayev17:32 - 07 / 02 / 2023
Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

1news.az xəbər verir ki, anma mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Milli Qəhrəmanın göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar. Vətən yolunda canından keçməklə gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın döyüş ruhunun, vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Mübariz İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.

Həmin gün Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də bir qrup hərbi qulluqçu tərəfindən ziyarət olunub.

Paylaş:
437

Son xəbərlər

“Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir”Bu gün, 18:22İlham Əliyev: Azərbaycan Brüssel prosesini dəstəkləyirBu gün, 17:58Şarl Mişel İlham Əliyevə zəng etdiBu gün, 17:55Azərbaycan XİN bəyanat yaydıBu gün, 17:51Şarl Mişel Aİ-nin Azərbaycanla Ermənistan arasında sülhə nail olmaqda kömək üçün güclü öhdəliyini təsdiqləyibBu gün, 17:49Cənubi azərbaycanlılar Brüsseldə aksiya edirBu gün, 17:36Azərbaycan MN: Müşahidə vasitələri ermənilərin qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərini qeydə alıbBu gün, 17:15Bu günə olan yoluxma və vaksin sayı açıqlanıbBu gün, 16:59Bakıda yaşayış binasında yanğın olubBu gün, 16:41Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edibBu gün, 16:20Yazıçı-publisist Nemət Veysəlli vəfat edibBu gün, 16:01Ərdoğan və Putin Ukraynadakı durumu müzakirə edibBu gün, 15:35Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edibBu gün, 15:15Şarl Mişel Moldovaya səfər edirBu gün, 14:54Bakı metrosunda kişi qatar yoluna yıxılıbBu gün, 14:42ABŞ qırıcıları İranın hərbi bazalarına zərbələr endirdiBu gün, 14:23Hollivud ulduzu həbsdən azad edilibBu gün, 14:00Azərbaycan nefti ucuzlaşıbBu gün, 13:46Evlənmək üçün pərəstişkarı evinə gizlin daxil olduBu gün, 13:22Azərbaycan XİN Yunanıstanın Milli Gününü təbrik edibBu gün, 12:57
Bütün xəbərlər

Next TV