Qaradağda naməlum şəxs kişini bıçaqlayıb qaçdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaradağda naməlum şəxs kişini bıçaqlayıb qaçdı

10:07 - 07 / 02 / 2023
Qaradağda naməlum şəxs kişini bıçaqlayıb qaçdı

Fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Araşdırmalar aparılır.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər