AzTV Türkiyədəki zəlzələyə görə musiqili-əyləncəli verilişləri dayandırıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AzTV Türkiyədəki zəlzələyə görə musiqili-əyləncəli verilişləri dayandırıb

Qafar Ağayev10:57 - 07 / 02 / 2023
AzTV Türkiyədəki zəlzələyə görə musiqili-əyləncəli verilişləri dayandırıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq TV və radio proqramında dəyişiklik edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumatına görə, AzTV, Mədəniyyət TV, İdman TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.

Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da 1 qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub. TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.

Bundan əlavə, QSC-nin TRT və “Anadolu Agentliyi” ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər