Bu gün təxliyə avtobusları Qaziantep və Adanadan Azərbaycana yola düşəcək - YENİLƏNİB

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
1news.az Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata istinadla xəbər verir ki, fevralın 9-u, saat 17:00-da təxliyə avtobusu Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
***
12:35
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
1news.az Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata istinadla xəbər verir ki, 9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
643