Azərbaycan Ordusunun hərbçisi qar uçqununda həlak olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun hərbçisi qar uçqununda həlak olub

13:04 - 10 / 02 / 2023
Azərbaycan Ordusunun hərbçisi qar uçqununda həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu qar uçqununa düşərək həlak olub.

1news.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumatı Müdafiə Nazirliyindən APA-ya təsdiq ediblər.

Qeyd olunub ki, hadisə fevralın 8-də saat 17 radələrində baş verib.

“Xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, Savalan Hüseynov Gədəbəy rayonu, Əlinağılar kənd sakinidir. Hərbçi bu gün dəfn olunacaq.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər