Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə çatıb - FOTO

14:53 - 10 / 02 / 2023
Azərbaycanın növbəti humanitar yardımı Türkiyəyə çatıb - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər