“Bakı Media Mərkəzi” qardaş Türkiyə xalqına dəstək oldu

“Bakı Media Mərkəzi” MMC Türkiyə Cumhuriyyətinin üzləşdiyi faciə ilə bağlı qardaş Türk xalqına dəstək aksiyasına qoşulub.
Şirkət rəhbərliyi bildirir ki, Türkiyə xalqının kədəri Azərbaycan xalqının da kədəridir. Azərbaycan hər zaman qardaş ölkənin yanındadır. Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın təşəbbüsü ilə şirkət zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə 2.000.000 TL ianə edib.
Eyni zamanda məlumat verilir ki, Azərbaycanın işgüzar icması da türk xalqına yardım kampaniyası başladıb. Kampaniyada iştirak etmək istəyən sahibkarlar https://azerbaijanibusinessturkeyrelief.org saytına keçid edərək, bu təşəbbüsə öz töhfələrini verə bilərlər. Qardaş Türkiyənin acısına şərik olan Bakı Media Mərkəzi bir daha faciədə həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.