Biləsuvar sakini silahla özünü vurub

Biləsuvar Rayon Polis Şöbəsinə Nərimanabad kənd sakini B.Əbilovun odlu silahdan açılan atəşdən xəsarət alması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla B.Əbilovun ehtiyatsızlığı nəticəsində tüfəngdən açılmış atəşdən xəsarət alması müəyyən olunub. Ondan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb və xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
374