Nazir müavini Türkiyədə toplantı keçirdi
![Nazir müavini Türkiyədə toplantı keçirdi](/images/2023/02/14/20230214012611969/thumb.jpg?2023-02-14+13%3A29%3A04)
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
1news.az xəbər verir ki, Bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.
Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.
![](/images/2023/02/14/20230214012611969/d_gallery/14d1245___image_2023-02-13_at_23_09_12.jpg)
![](/images/2023/02/14/20230214012611969/d_gallery/14d1245___image_2023-02-13_at_23_09_12_(1).jpg)