200 saat sonra işığı gördülər... | 1news.az | Xəbərlər
Cəmiyyət

200 saat sonra işığı gördülər...

17:18 - 14 / 02 / 2023
200 saat sonra işığı gördülər...

Türkiyədə dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hatayda axtarışlar zamanı 26 yaşlı Emine Akgül xilas edilib. Müəllimə olduğu bildirilən Akgül Antakya bölgəsində zəlzələdən 201 saat sonra dağıntılar altından sağ çıxarılıb.

Kahramanmaraşda isə uçan 7 mərtəbəli binanın ən aşağı hissəsindən Hidayet və Muharrem Polat cütlüyü sağ çıxarılıb. Onlar təbii fəlakətdən 203 saat sonra xilas ediliblər.

Antakyada 204 saat sonra daha bir şəxs xilas edilib. O, isə Muna Dabul adlı əcnəbi qadın olub.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər