Bakı-Qazax yolunda TIR-la mikroavtobus toqquşub: Ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda TIR-la mikroavtobus toqquşub: Ölən və yaralanan var

Qafar Ağayev09:56 - 14 / 02 / 2023
Bakı-Qazax yolunda TIR-la mikroavtobus toqquşub: Ölən və yaralanan var

Bu gün saat 07:45 radələrində Bakı-Qazax yolunun 231-ci km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, "Mercedes" markalı 77-JC-239 dövlət nömrə nişanlı yük avtomobili Bakı istiqmətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan "Mercedes Sprinter" markalı 90-LE-831 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər