Azərbaycanın Baş naziri Dubayda Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Baş naziri Dubayda Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib

Qafar Ağayev15:23 - 15 / 02 / 2023
Azərbaycanın Baş naziri Dubayda Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib.

1news.az xəbər verir ki, İclasda çıxış edən Baş nazir Azərbaycan Respublikasının bu gün müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını bildirdi.

Diqqətə çatdırıldı ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan öz əzəli torpaqlarını azad etdi.

Bildirildi ki, beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır.

Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara yardım göstərdiyi xüsusi vurğulandı. “Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir”, - deyə Baş nazir bildirdi.

Ə.Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Ə.Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirdi.

İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat verildi.

Keçən il Ümumi Daxili Məhsulun əvvəlki illə müqayisədə 4,6 faiz artığı, xarici ticarətin ildən-ilə yüksəldiyi, eyni zamanda, xarici borcun əhəmiyyətli dərəcədə azaldığı diqqətə çatdırıldı.

Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracı 12,3% yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.

Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olundu.

Vurğulandı ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması dövlət və sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan və şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin edən addım kimi qiymətləndirildi.

Ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatıran Azərbaycanın bir sıra regional və beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğu diqqətə çatdırıldı.

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malik olduğu vurğulandı.

Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi uğurlardan bəhs edən Baş nazir 2023-cü ilin oktyabr ayında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirdi, bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları tədbirə dəvət etdi.

Azərbaycan, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyi bildirildi, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırıldı.

Baş nazir vurğuladı ki, bununla bərabər, Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir.

“Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”, - deyə Baş nazir bildirdi.

Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti vurğulandı.

Postpandemiya, postmünaqişə və polikrizis dövrünün çağırışlarına toxunan Ə.Əsədov növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyi diqqətə çatdırıldı.

Bildirildi ki, 30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Paylaş:
373

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər