Laçın-Xankəndi yolundakı aksiyanın 66-cı günü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın-Xankəndi yolundakı aksiyanın 66-cı günü - FOTO

09:24 - 15 / 02 / 2023
Laçın-Xankəndi yolundakı aksiyanın 66-cı günü - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

1news.az APA-ya istinadən xəbər verir ki, aksiya gecəboyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 66-cı günündə havanın şaxtalı olmasına baxmayaraq, müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -9 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər