Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur

Qafar Ağayev12:25 - 15 / 02 / 2023
Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva 1news.az-a bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər