AZAL Bakıdan Parisə uçuşları bərpa edir | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakıdan Parisə uçuşları bərpa edir

17:11 - 16 / 02 / 2023
AZAL Bakıdan Parisə uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) mayın 9-dan Bakıdan Fransanın paytaxtı Parisə uçuşları bərpa edəcək.

Bu barədə 1news.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, aviareyslər həftədə 2 dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər