HONOR X9a və HONOR X8a smartfonlarının müqayisəli icmalı | 1news.az | Xəbərlər
Cəmiyyət

HONOR X9a və HONOR X8a smartfonlarının müqayisəli icmalı

17:34 - 16 / 02 / 2023
HONOR X9a və HONOR X8a smartfonlarının müqayisəli icmalı

Bu yaxınlarda HONOR şirkəti Azərbaycanda sərfəli qiymətə texniki cəhətdən təkmilləşdirilmiş yeni smartfon seriyasını təqdim etdi. Biz isə ən çox diqqət çəkən iki yeni məhsul, yəni məhz HONOR X9a və HONOR X8a ilə daha yaxından tanış olmaq qərarına gəldik.

Hər iki cihaz dizayn baxımından diqqətəlayiqdir. HONOR X9a daha bahalı smartfonlar üçün səciyyəvi olan displey uclarının dəbli əyriliyi ilə diqqəti cəlb edir. Məsələn, HONOR 70 kimi.

HONOR X8a daha klassik hamar ucları var.

Hər iki cihaz üç rəngdə mövcuddur: klassik qara, HONOR X9a-da daha parlaq və X8a-da tutqun mat, qradient gümüşü HONOR X9a-da və adi gümüşü X8a-da, eksklüziv tünd yaşılı HONOR X9a-da və mavi HONOR X8a-da.

HONOR X9a displey şəlalə formadadı və demək olar ki, bütün ön səthini əhatə edir. AMOLED-matris diaqonalı 1080x2400 piksel təsvir ölçüsü ilə 6.67 düymdür. Displey 120Hz tezlikdə təsvir yeniləyir, bununla da həm interfeysdə, həm də tətbiqlərdə hamar animasiyaları təmin edir.

HONOR X8a sanki özünün klassik statusunu vurğulayır. 6.7 düymlük diaqonalı olan smartfon, 1080x2388 piksel təsvir ölçüsünə malikdir. Bunun matrisi AMOLED deyil, LTPS-dir, amma əla keyfiyyətlidir. Doğrudur, yeniləmə tezliyi daha azdır, yəni 120 Hz əvəzinə 90 Hz-dir.

Hər iki smartfon üç əsas sensordan ibarət sistemlə təchiz edilmişdir. Üstəlik, X9a və X8a-nın iki sensoru görünür ki, eynidir. Super makro çəkiliş üçün 2 meqapiksellik kameradan və ultra genişbucaqlı panorama 5MP. HONOR X9a-da əsas modul 64MP-lik sensordur, HONOR X8a-da isə 100MP-lik sensordur!

İlk baxışda görüntülərin keyfiyyətindəki fərqi o qədər də açıq görə bilmərik. Lakin, toran vaxtı və ya çox az işıq olan digər şəraitlərdə HONOR X9a smartfonu önə çıxır. Smartfon detalları bir az daha yaxşı çəkir və rənglə daha dəqiq və səliqəli işləyir.

Smartfonlar müxtəlif platformalarda qurulmuşdur. Daha bahalı HONOR X9a Snapdragon 695 çipi ilə Qualcomm, HONOR X8a isə Helio G88 çipi ilə MediaTek-ə üstünlük vermişdir. Hər iki modeldə operativ yaddaş 6GB-dir. Hətta ən aktiv istifadəçilər üçün də bu, kifayət edir. Quraşdırılmış yaddaş da hər ikisində eyni həcmdədir, yəni 128 GB-dir.

HONOR X9a 40 Vt enerji təchizatı bloku ilə batareya yığır. Bir saat ərzində 0-dan 100% -ə qədər və hətta daha sürətli enerji toplamaq kifayət edir. HONOR X8a 22.5 Vt bloku ilə təchiz olunub və təxminən saat yarıma batareya toplayır.

Azərbaycanda HONOR X9a və HONOR X8a smarfonlarını İRSHAD və digər partnyor mağazalarıdan əldə edə bilərsiniz. HONOR X9a-nı 749 manata brendin rəsmi partnyorlarından əldə etdikdə, alıcıya xoş bonus olan HONOR Choice X3 lite qulaqlıqları hədiyyə veriləcəkdir.

HONOR X8a qiyməti isə cəmi 549 manatdır.

Bəhs etdiyimiz iki modeldən əlavə, istehsalçı həmçinin qiymət baxımından ən sərfəli olan və cəmi 449 manata HONOR X7a-nı da təklif edir.

Reklam hüququnda

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər